NATO təyyarəsi Kalininqrad yaxınlığında kəşfiyyat uçuşu keçirib

NATO təyyarəsi Kalininqrad yaxınlığında kəşfiyyat uçuşu keçirib Almaniyanın Qaylenkirxendəki NATO bazasından səmaya qalxmış təyyarə Rusiya sərhədinə yaxınlaşıb
Digər ölkələr
12 Yanvar , 2017 23:59
NATO təyyarəsi Kalininqrad yaxınlığında kəşfiyyat uçuşu keçirib

Bakı. 12 yanvar. REPORT.AZ/ NATO-nun "AVAKS" təyyarəsi Baltik dənizinin cənubunda, Rusiya sərhədləri yaxınlığında kəşfiyyat uçuşunu həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.

Qeyd edilir ki, Almaniyanın Qaylenkirxendəki NATO bazasından səmaya qalxmış təyyarə Kalininqrad vilayətinin cənubuna yaxınlaşıb. Təyyarənin Polşanın hava məkanında təxminən 9,5 min metrlik hündürlükdə Rusiya ərazisinin aktiv kəşfiyyatını apardığı bildirilir.

Daha əvvəl ABŞ-ın Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi "RC-135W" Baltik dənizinin cənubunda, Rusiyanın sərhədləri yaxınlığındə kəşfiyyat uçuşu etmişdi.

Son xəbərlər

Orphus sistemi