Onun sözlərinə görə, rus hərbi personalın sayı barədə hələlik hansısa məlumata malik deyillər.
"Ukrayna ilə Rusiya arasındakı beynəlxalq sərhədin artıq asanlıqla keçilməsi, sərhədin tam açıq olması bizi son dərəcə narahat edir. Son iki gündə ATƏT-in ifadə etdiyi şeylərin oxşarını gördük. Rusiyadan gələn təchizat dəstəsi Ukraynaya girdi. Konvoyda xüsusilə rus tankları, hava hücumundan müdafiə sistemləri və hərbi birliklər vardı. Hazırda neçə maşın keçdi bilmirik, ancaq bir neçə ədəd olduğu məsələsində həmrəyik", -deyə F.Bredlov vurğulayıb.
Ancaq Rusiya Müdafiə Nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov məsələ ilə bağlı "Reuters" agentliyinə açıqlamasında belə bir məlumatın əsassız olduğunu bildirib.