Yuxarı

​NATO Rusiyanı Suriyada bombardımanı dayandırmağa çağırıb

Bu barədə Şimali Atlantika Şurasının bəyanatında bildirilir

Bakı. 5 oktyabr. REPORT.AZ/ NATO Şurası Rusiyanı Suriyada "mötədil müxalifətə endirilən zərbələri dərhal dayandırmağa" çağırıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Şurasının Brüsseldə Suriya ilə bağlı keçirilmiş təcili iclasının yekunlarına əsasən qəbul olunan bəyanatında deyilir.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter bildirib ki, Rusiya Suriyada "məğlubiyyət strategiyasını" dəstəkləyir. Pentaqon rəhbərinin sözlərinə görə, Rusiya öz aviazərbələri ilə Suriyada gedən vətəndaş müharibəsini gərginləşdirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi