​NATO-nun baş katibi: "Rusiyanı qəfil təlimlər keçirməməyə çağırırıq"

​NATO-nun baş katibi: "Rusiyanı qəfil təlimlər keçirməməyə çağırırıq" "Anlaşılmazlıqların yaranmamsı üçün bu tədbirlər daha şəffaf və nəticəsi öncədən bilinən olmalıdır"
Digər ölkələr
27 May , 2015 11:35
​NATO-nun baş katibi: Rusiyanı qəfil təlimlər keçirməməyə çağırırıq

Bakı. 27 may. REPORT.AZ/ "Biz Rusiyanı qəfil hərbi təlimlər keçirməməyə çağırırıq".

"Report" xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberg "CBS" telekanalına müsahibəsində belə deyib. 

"Biz Rusiyanı qəfil təlimlər keçirməməyə çağırırıq. Hər bir dövlətin, o cümlədən Rusiyanın hərbi təlim keçirmək hüququ var. Ancaq anlaşılmazlıqların yaranmamsı üçün bu tədbirlər daha şəffaf və nəticəsi öncədən bilinən olmalıdır", - o vurğulayıb.

Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama Ağ evdə NATO baş katibi ilə görüşüb. Görüşdən sonra Ağ evin mətbuat katibi Coş Ernest bildirib ki, ABŞ Rusiyanın keçirdiyi hərbi təlimləri diqqətlə izləyir. 

Son xəbərlər

Orphus sistemi