NATO əsgərləri Əfqanıstanda törədilən terror aktında xəsarət alıb - YENİLƏNİB

NATO əsgərləri Əfqanıstanda törədilən terror aktında xəsarət alıb - YENİLƏNİB Bakı. 18 oktyabr. REPORT.AZ/ NATO-nun Əfqanıstandakı hərbi hava bazasını mühafizə edən beş çex əsgəri xidmət zamanı yaxınlıqdakı avtomobilin partlaması nəticəsində yaralanıb.
Digər ölkələr
18 Oktyabr , 2018 03:27
NATO əsgərləri Əfqanıstanda törədilən terror aktında xəsarət alıb - YENİLƏNİB

Bakı. 18 oktyabr. REPORT.AZ/ NATO-nun Əfqanıstandakı hərbi hava bazasını mühafizə edən beş çex əsgəri xidmət zamanı yaxınlıqdakı avtomobilin partlaması nəticəsində yaralanıb.

"Report"un məlumatına görə, bu barədə ölkənin hərbi qüvvvələrinin baş qərargahı məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Bahram şəhərində baş verib. Yaralılardan 4-nün xəsarəti yüngül, birinin yarası isə ağırdır. Yaralıların hamısına hadisə yerində tibbi yardım göstərilib. Sonra onlar vertolyotla Bahramdakı hava bazasının xəstəxanasına yerləşdiriliblər. Yaralı əsgərlərdən 3-ü tezliklə xəstəxanadan buraxılıb. Bir əsgər həkim nəzarəti altındadır. Ağır yaralanmış hərbi qulluqçu isə əməliyyat edilib. Bundan sonra onun həyatı üçün təhlükə aradan qalxıb. 

Qeyd edək ki, daha əvvəl "Reuters" Əfqanıstanda terror aktı törədildiyini xəbər verib. Bildirilirdi ki, hadisə ölkənin şimalında, ABŞ-ın Bahramdakı hərbi bazası yaxınlığında baş verib.

Terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı iki dinc sakin həlak olub.


***01:29

Əfqanıstanda terror aktı törədilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin şimalında, ABŞ-ın Bahramdakı hərbi bazası yaxınlığında baş verib. 

Terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı iki dinc sakin həlak olub. Partlayış nəticəsində həmçinin NATO-nun 3 əsgəri də yaralanıb.

Hadisənin başvermə şəraiti dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi