​NATO Egey dənizində gəmilərinin sayını artıracaq

​NATO Egey dənizində gəmilərinin sayını artıracaq Onlar ora miqrant axını ilə mübarizə üçün göndəriləcək
Digər ölkələr
8 Mart , 2016 07:33
​NATO Egey dənizində gəmilərinin sayını artıracaq

Bakı. 8 mart. REPORT.AZ/ NATO miqrant axını ilə mübarizə aparmaq üçün Egey dənizindəki gəmilərinin sayını artıracaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib.

"Biz gəmilərimizin sayını artırırıq. Bunun üçün (gəmilərə görə - red.) mən Böyük Britaniya və Fransaya minnətdaram", — deyə o bildirib.

Bundan əvvəl NATO qaçqın axınının azaldılması və qaçaqmalçılarla mübarizə məqsədi ilə Egey dənizində əməliyyatlara başlamağa razılıq verib.

Son xəbərlər

Orphus sistemi