NASA Pluton üzərindən uçuşunun unikal videosunu yayımlayıb - VİDEO

NASA Pluton üzərindən uçuşunun unikal videosunu yayımlayıb - VİDEO New Horizons 14 iyulda artıq planetə 12,5 min kilometrədək yaxınlaşıb
Digər ölkələr
113
19 İyul , 2015 00:33
NASA Pluton üzərindən uçuşunun unikal videosunu yayımlayıb - VİDEO

Bakı. 18 iyul. REPORT.AZ/ NASA New Horizons planetllərarası stansiyanın Pluton üzərindən uçuşunun unikal videosunu yayımlayıb. 

"Report" TASS agentliyinə istinadən bildirir ki, video səma cismində 77 min kilometr uzaqlıqdan çəkilmiş şəkillər əsasında hazırlanıb. Videoda Norgey dağı ərazisinin üzərindən uçuş nümayiş olunub. 

Qeyd edək ki, New Horizons Plutona bu ilin yanvar ayında yaxınlaşmağa başlayıb. NASA alimlərinin hesablamalarına görə, insanların tarix ərzində hazırladığı ən sürətli kosmik aparat olan New Horizons 14 iyulda artıq planetə 12,5 min kilometrədək yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi