ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) Birləşmiş Ştatların Müdafiənin Perspektiv Tədqiqat Layihələri Agentliyi (DARPA) ilə birgə əməkdaşlıq çərçivəsində 2027-ci ilə qədər Marsa uçuşlar üçün nüvə raket mühərrikini sınaqdan keçirməyi planlaşdırır.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NASA-nın rəhbəri Bill Nelson bildirib.
Nelson deyib ki, NASA ABŞ-a qabaqcıl nüvə raket mühərrikini hazırlamaq və nümayiş etdirmək üçün uzunmüddətli tərəfdaşı DARPA ilə əməkdaşlıq edəcək.
Onun sözlərinə görə, bu mühərrik ABŞ-a gələcək pilotlu missiyaların imkanlarını genişləndirməyə imkan verəcək inqilabi texnologiyadır.
"Məqsədimiz 2027-ci ildə uğurlu nüvə raket mühərriki yaratmaq və nümayiş etdirməkdir", - Nelson vurğulayıb.