Bakı. 28 oktyabr. REPORT.AZ/ Myanmanın qərb sahillərində təyyarə qəzaya uğrayaraq dənizə düşüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Myanma Mülki Aviasiya İdarəsindən məlumat verilib.
Eyni zamanda, təyyarənin Myanma aviaşirkətlərinə məxsus olmadığı qeyd olunub.
Myanma hökuməti hazırda təyyarənin kimə məxsus olmasını aydınlaşdırır.