Myanmada ölənlərin sayı 50 nəfəri ötüb

Myanmada ölənlərin sayı 50 nəfəri ötüb Myanmanda son bir gün ərzində 38 nəfər həyatını itirib
Digər ölkələr
4 Mart , 2021 00:32
Myanmada ölənlərin sayı 50 nəfəri ötüb

Myanmanda bu gün ərzində nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalar zamanı 38 nəfər həyatını itirib.

“Report”un məlumatına görə, bunu BMT-nin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner-Burgener bildirib. Onun sözlərinə görə, polislər nümayişçilərə qarşı odlu silahdan istifadə edib.

“Bu gün 1 fevral çevrilişindən bəri ən pis gün idi, 38 nəfər ölüb. Artıq qurbanların sayı 50 nəfəri keçib”-deyə, bildirib.

Xatırladaq ki, hakimiyyəti ələ keçirən Myanma hərbçiləri fevralın 1-dən fövqəladə vəziyyət rejimi elan edib.

Myanma Prezidenti Vin Min və Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji saxlanılıb.

Son xəbərlər

Orphus sistemi