Myanmada nefrit mədənlərində torpaq sürüşməsi: 5 ölü

Digər ölkələr
  • 26 dekabr, 2015
  • 03:22
Myanmada nefrit mədənlərində torpaq sürüşməsi: 5 ölü

Bakı. 26 dekabr. REPORT.AZ/ Myanmanın şimalındaki Xpakan şəhəri yaxınlığında yerləşən nefrit mədənlərində baş verən torpaq sürüşməsi nəticəsində azı 5 nəfər ölüb, 50-yə qaxın insan itkin düşüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, xilas etmə əməliyyatı davam etdirilir, ancaq hələlik nəticə yoxdur.

Qeyd edək ki, Xpakan şəhəri və ətrafı dünya nefrit istehsalının 90% qədərini təmin edir.