Myanma BMT-nin Rohingya müsəlmanlarına yardım göstərməsindən imtina edib

Digər ölkələr
  • 04 sentyabr, 2017
  • 07:17
Myanma BMT-nin Rohingya müsəlmanlarına yardım göstərməsindən imtina edib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Myanma hökuməti BMT-nin ölkənin şimalındakı Rakhayn ştatında yaşayan müsəlman əhaliyə yardım göstərməsindən imtina edib.  

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Myanma BMT qurumlarına ərzaq, su və dərman preparatları gətirməsinə icazə vermir. 

BMT-nin Myanmadakı rezident-əlaqələndiricisinin ofisindən bildirilib ki, hökumətin tətbiq etdiyi məhdudiyyətlər və təhlükəsizlik məsələləri ilə əlaqədar yardımlar dayandırılıb: "BMT yerli hakimiyyətlə daimi əlaqədədir və humanitar yardımların mümkün qədər tez çatdırılmasına cəhd göstərir".

Myanma hökuməti Rakhayndan fərqli olaraq digər ştatlara yardıma icazə verir.

Qeyd edək ki, YUNİCEF, BMT Fondu və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bir həftədən çoxdur ölkənin şimal ştatlarında fəaliyyət göstərə bilmirlər.