"Müsəlman Qardaşlar" təşkilatının lideri ölüm cəzasına məhkum edilib

"Müsəlman Qardaşlar" təşkilatının lideri ölüm cəzasına məhkum edilib Misir Məhkəməsi həmçinin təşkilatın 13 tərəfdarı barəsində də ölüm hökmü çıxarıb
Digər ölkələr
11 Aprel , 2015 15:14
Müsəlman Qardaşlar təşkilatının lideri ölüm cəzasına məhkum edilib

Bakı. 11 aprel. REPORT.AZ/ Bu gün Misir Məhkəməsi "Müsəlman Qardaşlar" (İhvan) təşkilatının lideri Məhəmməd Badiini edam cəzasına məhkum edib.  

"Report" "Qazeta.ru"ya istinadən xəbər verir ki, məhkəmə həmçinin təşkilatın 13 tərəfdarı barəsində də ölüm hökmü çıxarıb. 

Onlar Misirdə zorakılıq aktları və xaos törətməkdə günahlandırılıblar. 

Qeyd edək ki, 2014-ci ilin sentyabrında Misirin Qiza əyalətinin məhkəməsi M.Badiini ömürlük həbs cəzasına məhkum etmişdi.

Son xəbərlər

Orphus sistemi