Münhen Təhlükəsizlik Konfransı başlayıb

Münhen Təhlükəsizlik Konfransı başlayıb Sayca 58-ci Münxen Təhlükəsizlik Konfransı işə başlayıb.
Digər ölkələr
18 Fevral , 2022 18:03
Münhen Təhlükəsizlik Konfransı başlayıb

58-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayıb.

“Report” xəbər verir ki, bu dəfə 30-dan artıq ölkənin dövlət və hökumət başçıları, 100-dək xarici işlər, müdafiə nazirinin iştirak etdiyi tədbirin bir hissəsi onlayn formatda keçiriləcək.

Konfransın gündəliyində koronavirus pandemiyası, Ukrayna və Əfqanıstanla bağlı vəziyyət, iqlim dəyişikliyi yer alıb.

İştirakçılar qarşısında BMT baş katibi Antoniu Quterres, NATO baş katibi Yens Stoltenberq, Avropa Komisiyasının prezidenti Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti ali təmsilçisi Josep Borrelin, habelə ABŞ, Böyük Britaniya, Ukrayna kimi ölkələrin liderlərinin nitq söyləyəcəyi gözlənilir.

Konfrans işini fevralın 20-də başa vuracaq.

Son xəbərlər

Orphus sistemi