Münhen Təhlükəsizlik Konfransında 800-dən çox nümayəndə iştirak edəcək

Digər ölkələr
  • 10 fevral, 2020
  • 11:14
Münhen Təhlükəsizlik Konfransında 800-dən çox nümayəndə iştirak edəcək

“800-dən çox nümayəndə, o cümlədən təqribən 150 yüksək çinli siyasətçi Münhen Təhlükəsizlik Konfransında (MTK) iştirak edəcək”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu MTK-nın rəhbəri Volfqanq İşinger söyləyib.

Onun sözlərinə görə, ümumilikdə təxminən 40 dövlət və hökumət başçısının, 60-a yaxın xarici işlər nazirinin və 40-a yaxın müdafiə nazirinin konfransa qatılacağı gözlənilir.

Sayca 56-cı Münhen Təhlükəsizlik Konfransı fevralın 14-16-da Bavariyada keçiriləcək.

44 - Tezliklə