Münhen şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqla yaralayıb

Münhen şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqla yaralayıb Polisdən bildirilib ki, hadisənin motivləri məlum deyil
Digər ölkələr
21 Oktyabr , 2017 13:05
Münhen şəhərində naməlum şəxs bir neçə nəfəri bıçaqla yaralayıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Almaniyanın Münhen şəhərində naməlum şəxs bıçaqla bir neçə nəfəri yaralayıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Bavariya paytaxtının polisi "Twitter"də yazıb.

"Onun motivləri məlum deyil", - polis bildirib.

Hücumun baş verdiyi Rozenhaymerplats rayonunun sakinlərini evlərindən çıxmamağa çağırıblar. "Tageszeitung" qəzetinin məlumatına görə, meydan polislərlə əhatə olunub, hadisə yerinə helikopter və bir neçə təcili tibbi yardım maşını cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi