Müğənni Britni Spirs ruhi xəstəxanaya yerləşdirilib
Digər ölkələr
- 03 aprel, 2019
- 22:26
Məşhur Amerika müğənnisi Britni Spirs psixi müalicə üçün klinikaya müraciət edib.
"Report"un məlumatına görə, bu barədə TMZ portalı bildirib.
Portalın məlumatına görə, Spirs artıq bir həftəyə yaxındır klinikadadır. O, daha 30 gün klinikada qalmalıdır.
Bildirilir ki, Spirs atasının özünü pis hiss etməsinə görə psixi sarsıntı keçirib. Son zamanlar Ceyms Spirs səhhətindəki problemlərə görə iki dəfə cərrahi əməliyyat keçirib. İkinci əməliyyatdan sonra onun səhhəti gözlənilmədən ağırlaşıb. Müğənni atasına kömək etmək üçün özünün konsert turunu ləğv edib.
Britni Spirs 2007-ci ildə də keçmiş əri Kevin Federlaynla boşanmaya, alkoqola və narkotikə görə problemlərlə üzləşib.
Daha əvvəl bildirilib ki, Britni Spirs haqqında yeni televiziya filmi çəkilib.
Son xəbərlər
00:01
Foto
İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Daxili siyasət00:00
Qanlı 20 Yanvar faciəsindən 36 il ötür
Daxili siyasət23:49
Kəraçidəki ticarət mərkəzində yanğında ölənlərin sayı 26-ya çatıb - YENİLƏNİB-2
Digər ölkələr23:48
Gürcüstan Prezidenti 159 məhbusu əfv edib
Region23:46
Azərbaycan XİN: 20 Yanvar tarixi müstəqilliyimizin bərpası üçün təməl rolunu oynadı
Xarici siyasət23:36
Zelenski: Rusiya Ukraynaya növbəti kütləvi zərbə endirməyə hazırlaşır
Digər ölkələr23:34
KİV: Makron Trampın Sülh Şurasına qoşulmaq təklifini rədd edəcək
Digər ölkələr23:27
Türkiyə Superliqası: "Beşiktaş" son dəqiqə qolu ilə qələbə qazanıb
Futbol23:26