Mövlud Çavuşoğlu NATO-nun baş katibi ilə telefonla danışıb

Mövlud Çavuşoğlu NATO-nun baş katibi ilə telefonla danışıb Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.
Digər ölkələr
30 Noyabr , 2019 00:26
Mövlud Çavuşoğlu NATO-nun baş katibi ilə telefonla danışıb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər gələn ay İngiltərədə keçiriləcək NATO sammitinə hazırlıqlar məsələsini müzakirə ediblər.

Qeyd olunub ki, NATO Türkiyənin Rusiyadan idxal etdiyi “S-400” hava hücumundan müdafiə sistemlərinə görə narahatdır.

“Alyans bu vəziyyətdən çox narahatdır. Baş katib dəfələrlə bəyan edib ki, hər bir NATO ölkəsi istifadə olunan silah növləri barədə müstəqil qərar vermək hüququna malikdir, lakin Rusiya sistemləri NATO-nun inteqrasiya olunmuş raketdən müdafiə sistemi ilə uyğunsuzluq təşkil edəcək və bu problemdir”-deyə, NATO-nun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib. 

Son xəbərlər

Orphus sistemi