Yuxarı
    Bağlamaq

    Mosulun İŞİD-dən azad edilməsi zamanı ölən və yaralanan hərbçilərin sayı açıqlanıb

    Əməliyyat zamanı 3600 hərbçi həlak olub, 10000-ə yaxını yaralanıb

    Bakı. 2 dekabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin terrorçu İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı zamanı 3600 hərbçi həlak olub.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, bu barədə İraqın şimalında qurulan kürd muxtariyyatının yaydığı rəsmi açıqlamada bildirilib. 

    İnformasiyaya görə, əməliyyatların davam etdiyi müddətdə 10 minə yaxın hərbçi yaralanıb. Bundan başqa, İraqın şimalındakı kürd muxtariyyətinin 1600 silahlısı ölüb.

    BMT-nin məlumatında isə bildirilib ki, noyabrda Mosulda keçirilən anititerror əməliyyatı nəticəsndə İraq ordusunun 2000 hərbçisi həlak olub, 450-si isə yaralanıb.

    Qeyd edək ki, Mosulun terrorçulardan azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi