Yuxarı

Mosulun azad edilməsi uğrunda əməliyyat başlayıb

İraq komandanlığı Fəth əməliyyatının ilk hissəsinin başladığını bəyan edib

Bakı. 24 mart. REPORT.AZ/ İraq Müdafiə Nazirliyi Mosulun İŞİD terror qruplaşmasının nəzarətindən azad edilməsi uğrunda əməliyyata başladığını bəyan edib.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, İraq komandanlığı "Fəth" əməliyyatının ilk hissəsinin başladığını bəyan edib.

Artıq Mosul yaxınlığında yerləşən kəndlərin bəziləri ordunun nəzarəti altına keçib və orada artıq İraq bayrağı dalğalanmaqdadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi