Mosulda İŞİD hərbi "polis"inin rəhbəri məhv edilib

Mosulda İŞİD hərbi "polis"inin rəhbəri məhv edilib Haqi İsmael Aued əl-Hadidi öldürülüb
Digər ölkələr
16 Fevral , 2017 02:58
Mosulda İŞİD hərbi polisinin rəhbəri məhv edilib

Bakı. 16 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyasının hava zərbələri nəticəsində İraqın Mosul şəhərində İŞİD terror qruplaşması hərbi "polis"inin rəhbəri zərərsizləşdirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Kürdüstanı Təhlükəsizlik Şurası məlumat yayıb.

"Bizim anti-terror idarəmiz fevralın 14-də endirilmiş hava zərbələri nəticəsində Mosul hərbi polisinin rəhbəri Haqi İsmael Aued əl-Hadidinin öldürüldüyünü təsdiqləyir" – deyə şuranın məlumatında bildirilir.

Qeyd edək ki, Mosulun şərq hissəsi 2016-cı ilin oktyabrında İraq hərbçiləri və ABŞ-ın rəhbərlik etdiyi koalisiya tərəfindən başlamış hərbi əməliyyatlar zamanı İŞİD terror qruplaşmasından azad edilib. Lakin şəhərin qərb hissəsi hələlik İŞİD silahlılarının əlindədir. 

Son xəbərlər

Orphus sistemi