Yuxarı

Moskvada Türkiyə səfirliyinə atəş açan şəxs milliyyətcə erməni olub

O, qaçmağa müvəffəq olmayıb

Bakı. 18 avqust. REPORT.AZ/ Moskvada Türkiyə səfirliyinə atəş açanın şəxsiyyəti məlum olub.

Report-un "Moskovskiy komsomolets"ə istinadən verdiyi xəbərə görə, həmin şəxs Ermənistanda doğulmuş Artur Mirzoyandır. 

Polisdən verilən məlumata görə, bazar ertəsi gecə "Dobrıy les" MMC-nin baş direktoru Artur Mirzoyan ov silahından Türkiyənin gerbinə atəş açıb. Lakin o, qaçmağa müvəffəq olmayıb. Diplomatik missiyanı mühafizə edən polis əməkdaşları onu yaxalayıb.

A.Mirzoyan törətdiyi əməlin səbəblərini açıqlamır. Lakin polislərin sözlərinə görə, buna səbəb ermənilər və türklər arasındakı düşmənçilik olub. Bu hallar Azərbaycan və Ermənistan sərhədyanı zonasında gərginliyin artmasından sonra daha da kəskinləşib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi