Moskvada Türkiyə səfirliyi atəşə tutulub

Moskvada Türkiyə səfirliyi atəşə tutulub İnsident nəticəsində xəsarət alan yoxdur, atəş açan kişi saxlanılıb
Digər ölkələr
18 Avqust , 2014 12:01
Moskvada Türkiyə səfirliyi atəşə tutulub

Bakı. 18 avqust. REPORT.AZ/ Moskvada bir nəfər Türkiyə səfirliyi binasına ov tüfəngindən atəş açıb. 

Report İTAR-TASS-a istinadən xəbər verir ki, naməlum kişi Türkiyə səfirliyi binasına ikilüləli silahdan atəş açıb, bundan sonra səfirliyin mühafizə xidməti tərəfindən saxlanılıb. İnsident nəticəsində xəsarət alan olmayıb. 

Qanunu pozan şəxs polis şöbəsinə aparılıb. 

Moskva polisinin mətbuat xidmətindən insident faktını təsdiqləyiblər. Məlumata əsasən, vətəndaş ikilüləli silahdan səfirliyin lövhəsinə atəş açıb. 

Son xəbərlər

Orphus sistemi