Moskva-Kalininqrad reysinin sərnişini layneri partladacağı ilə hədələyib

Moskva-Kalininqrad reysinin sərnişini layneri partladacağı ilə hədələyib Kişi təyyarə eniş etdikdən sonra saxlanılıb
Digər ölkələr
4 Aprel , 2017 03:29
Moskva-Kalininqrad reysinin sərnişini layneri partladacağı ilə hədələyib

Bakı. 4 aprel. REPORT.AZ/ Moskvadan Kalininqrada uçan təyyarənin sərnişini layneri partladacağı ilə hədələyib.

"Report" TASS-a istinadən xəbər verir ki, ilkin məlumata görə, təyyarə hava şəraiti ilə əlaqədar ehtiyat aerodroma yollanıb.

Eniş edən zaman kişi stüardessaya təyyarəni partlatmağa hazır olduğunu bildirib.

Məlumat operativ xidmətlərə və hüquq-mühafizə orqanlarına ötürülüb. Layner Pulkovo hava limanında eniş etdikdən sonra kişi saxlanılıb.

Son xəbərlər

Orphus sistemi