Yuxarı

Moqerini: "Suriya münaqişəsinin həllinə dair təkliflər yaxın vaxtlarda gündəmə gələ bilər"

Aİ rəsmisi Suriya mövzusunu şərh edib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya münaqişəsinin həllinə dair yeni təkliflər yaxın bir neçə həftə ərzində gündəmə gələ bilər. “Report”un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini səsləndirib.

Onun sözlərinə görə, problemin həllinə iki prizmadan baxılmalıdır: terrorçularla mübarizə və siyasi nizamlama.

Moqerini həmçinin bildirib ki, Aİ ölkələri Suriya münaqişəsinin həlli və bu ölkədən qaçan insanların problemlərinin həlli məqsədi ilə 10 milyard dollar həcmində vəsait ayırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi