Moqadişoda otelə hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-2

Moqadişoda otelə hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-2 Prezident sarayı yaxınlığında iki minalanmış avtomobil partladılıb
Digər ölkələr
29 Oktyabr , 2017 10:57
Moqadişoda otelə hücum nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB-2

Bakı. 29 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişodakı otellərdən birinə hücum nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Sinxua" məlumat yayıb.

Bundan əvvəl ölənlərn sayının 23, yaralıların isə 15 olduğu deyilirdi.

Polis terror hücumuna məruz qalan oteldən 30 nəfəri çıxardıb. Onların arasında ölkə nazirlərindən biri də olub. Bir çox insanların hadisə yerində öldüyü bildirilir.


***01:44

Bakı. 29 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda, Prezident sarayı yaxınlığında yerləşən mehmanxana qarşısında törədilən partlayışlar nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, polis binanın dağıntıları altından daha iki meyit aşkar edildikdən sonra ölənlər haqqında məlumatı yeniləyib. Ölənlər arasında biri körpə olmaqla 3 uşaq var.


***21:02

Bakı. 28 oktyabr. REPORT.AZ/ Somalinin paytaxtı Moqadişoda, Prezident sarayı yaxınlığında yerləşən mehmanxana qarşısında törədilən partlayışlar nəticəsində ölənlərinazı 13 nəfər ölüb, 16-dan çox insan yaralanıb.

"Report" xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press" məlumat yayıb.

Şahidlərin sözlərinə görə, otelə yaxın ərazidə atəş səsləri eşidilib.

Minalanmış iki avtomobil Moqadişoda mehmanxana qarşısında partladılıb.

Bundan əvvəl ölənlərin 7 nəfər olduğu bildirilirdi.

Son xəbərlər

Orphus sistemi