Monteneqro parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsi Bar limanında banan qutularında 500 kq kokain aşkarlanması ilə bağlı Baş nazir Zdravko Krivokapiç və onun müavini Dritan Abazoviçi dindirəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.
Monteneqronun polis, prokurorluq və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri də dindiriləcək. Qərar deputatlar tərəfindən yekdilliklə qəbul edilib.
Bundan əvvəl "Vijesti" qəzeti gömrükçülərin Bar limanında banan qutularında 500 kq-dan çox kokain aşkarladığını bildirmişdi. Gömrük işçiləri bu barədə Monteneqronun Xüsusi Dövlət Prokurorluğuna və polisə məlumat veriblər. Prokurorluq yaxın vaxtlarda qaçaqmalçılıqla əlaqəli bütün şəxslərin həbsinin gözlənildiyini bildirib. Kokain ölkəyə yanvarın 2-də daxil olub, gömrükçülər onu yanvarın 12-də aşkar ediblər.