Monteneqro parlamentinə hökumətə etimadsızlıq təşəbbüsü təqdim edilib

Monteneqro parlamentinə hökumətə etimadsızlıq təşəbbüsü təqdim edilib Monteneqroda URA vətəndaş hərəkatının deputatları və bir sıra müxalifət partiyaları ölkə parlamentinə hazırkı hökumətə etimadsızlıq təşəbbüsü təqdim ediblər.
Digər ölkələr
20 Yanvar , 2022 06:42
Monteneqro parlamentinə hökumətə etimadsızlıq təşəbbüsü təqdim edilib

Monteneqroda URA vətəndaş hərəkatının deputatları və bir sıra müxalifət partiyaları ölkə parlamentinə hazırkı hökumətə etimadsızlıq təşəbbüsü təqdim ediblər.

"Report" xəbər verir ki, bu barədə URA lideri, baş nazirin müavini Dritan Abazoviç mətbuat konfransında bildirib.

Parlamentə təqdim olunan təşəbbüsdə deyilir ki, etimadın yoxlanılması müasir demokratiyanın əsas postulatlarından biridir. Təşəbbüsün dəstəklənməsi üçün tələb olunan 27 imza toplanıb.

Sənəd Monteneqronun “Demokratik Cəbhəsi” və Milo Cukanoviçin Sosialistlərin Demokratik Partiyasının daxil olmadığı azlıq hökumətinin yaradılmasını tələb edən Dritan Abazoviçin rəhbərlik etdiyi “Ağ-Qara” koalisiyasının təşəbbüsü ilə hazırlanıb.

Hökumətə etimadsızlığın səbəbi kimi beş məqam göstərilib. Səsvermənin vaxtı daha sonra açıqlanacaq.

2020-ci il avqustun 30-da Monteneqroda parlament seçkiləri keçirilib və nəticədə müxalifət hakimiyyətə gəlib. Prezident Milo Cukanoviçin rəhbərlik etdiyi Monteneqro Sosialistlərin Demokratik Partiyası Nazirlər Kabinetini formalaşdırmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Son xəbərlər

Orphus sistemi