Monqolustanda bubon taununa yoluxan xəstə ölüb

Monqolustanda bubon taununa yoluxan xəstə ölüb Yoluxmuş şəxslə yaxın təmasda olan 20 nəfər karantinə qalınıb
Digər ölkələr
14 İyul , 2020 12:57
Monqolustanda bubon taununa yoluxan xəstə ölüb

Monqolustanda bubon taununa yoluxma nəticəsində bir ölüm hadisəsi qeydə alınıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölən ölkənin cənub-qərbindəki Qov-Altay əyalətindən olan 15 yaşlı yeniyetmədir, o, xəstəxanaya aparılarkən yolda keçinib. Polimeraz zəncirvari reaksiyasının (PZR) təhlili ölümün səbəbinin taun olduğunu təsdiqləyib.

Qurumdan bidiriblər ki, bundan bir neçə gün əvvəl yeniyetmə oğlan dostları ilə birlikdə tarbaqan (monqol marmotu) ətindən hazırlanmış yemək yeyib. Bu heyvan isə taun xəstəliyinin törədicisinin daşıyıcısı kimi tanınır.

Yoluxmuş şəxslə yaxın təmasda olan 20 nəfər karantinə alınıb.

Xatırladaq ki, təxminən iki həftə əvvəl Monqolustanın qərbində iki nəfər bubon taunu xəstəliyinə yoluxmuş, karantin tətbiq olunmuşdu.

Son xəbərlər

Orphus sistemi