Bakı. 15 oktyabr. REPORT.AZ/ Moldovanın sabiq Baş naziri Vladimir Filat Korrupsiya ilə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən 72 saatlığına saxlanılıb.
"Report"un "İnterfax" agentliyinə istinadən verdiyi xəbərə görə, Baş prokurorluğun razılığı əsasında təcridxanaya yerləşdirilən sabiq hökümət başçısı yaxın günlərdə məhkəməyə çıxarılacaq.
Korrupsiya əməllərində ittiham olunan Vladimir Filatın Moldovanın bank sistemindən külli miqdarda vəsaiti xaricə köçürdüyü iddia edilir.