Yuxarı

Moldovanın İstanbuldakı baş konsulu rüşvət almaqda şübhəli bilinir

Vyaçeslav Filip Kişinyov hava limanında saxlanılıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip Kişinyov hava limanında saxlanılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, o, rüşvət almaqda şübhəli bilinir.

"Publika TV" telekanalının məlumatına görə, baş konsulun saxlanılması üzrə əməliyyat antikorrupsiya prokurorları ilə İnformasiya və Təhlükəsizlik Xidmətinin nümayəndələrinin birgə iştirakı ilə keçirilib.

Məmurun saxlanılmasından dərhal sonra polis onun evində axtarışa başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi