Moldovada Prezident üsul-idarəsi ləğv oluna bilər

Digər ölkələr
  • 28 sentyabr, 2018
  • 10:46
Moldovada Prezident üsul-idarəsi ləğv oluna bilər
Sputnik

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Moldovada tamamilə parlament idarəçiliyinə keçib Prezident üsul-idarəsini ləğv etmək məsələsi müzakirə edilməlidir".

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu əvvəllər dövlət başçısının səlahiyyətlərini bir neçə dəfə icra etmiş parlament sədri Andrian Kandu bildirib.

O, “Moldova-1” televiziyasının efirində deyib: “Ola bilsin, parlament Prezidentin səlahiyyətlərini daha da məhdudlaşdırmağa səs verəcək. Bəlkə də bütövlüklə ölkənin parlament idarəçiliyinə keçməsi üçün Konstitusiya islahatı keçirilməlidir”.

Spiker Prezident üsul-idarəsini ləğv etməklə dövlətin xeyli vəsaitə qənaət edəcəyini dilə gətirib.

A.Kandu hazırda ölkədə əsas söz sahibinin prezident yox, baş nazir olduğunu xatırladıb.

44 filmi