Moldova prezidenti Almaniyaya aşağı büdcəli aviaşirkətin təyyarəsilə uçub

Moldova prezidenti Almaniyaya aşağı büdcəli aviaşirkətin təyyarəsilə uçub Dodon təyyarədə “ekonom sinif”inə üstünlük verir
Digər ölkələr
2 Mart , 2018 07:51
Moldova prezidenti Almaniyaya aşağı büdcəli aviaşirkətin təyyarəsilə uçub

Kişinyov. 2 mart. REPORT.AZ/ Moldova prezidenti İqor Dodon Almaniyaya işgüzar səfərə ölkədə fəaliyyət göstərən aşağı büdcəli aviaşirkətin təyyarəsilə yollanıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, 2016-cı ildən Moldova prezidenti olan İ. Dodon ənənəsinə sadiq qalaraq xarici səfərlər zamanı çarterlə yox, adi müntəzəm reyslərdən istifadə edir.

Bu zaman o, təyyarədə “ekonom sinif”inə üstünlük verir. Ötən gün Almaniyaya işgüzar səfərə yollanan dövlət başçısının şəklini hava gəmisinin göyərtəsində sərnişinlərdən biri çəkərək öz “Facebook” səhifəsində paylaşıb.

Almaniyada İqor Dodonun ölkə prezidenti, kansleri, hökumət rəsmiləri və vətəndaş cəmiyyəti ilə bir sıra görüş və məsləhətləşmələri planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi