Bakı. 16 fevral. REPORT.AZ/ Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin vəkilləri siyasətçinin Ukraynada ədalətli mühakimə olunmaması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) müraciət ediblər.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
M.Saakaşvilinin vəkili Ruslan Çernolutskinin sözlərinə görə, siyasətçinin sığınacaq əldə etməyə çalışdığı və Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı şikayət etdiyi məqamda Ukrayna hökuməti prosedur məsələlərinin başa çatmasını gözləmədən onu ölkədən xaric edib.
Qeyd edək ki, Ukrayna hökuməti fevralın 12-də M.Saakaşvilini payızda Ukrayanaya qeyri-qanuni yolla gəldiyi Polşaya göndərib. Ardından siyasətçi Polşadan Hollandiyaya gedib.