ABŞ-ın Missisipi ştatında leysan yağışlar və güclü daşqınlara görə fövqəladə vəziyyət elan edilib.
“Report” Rusiya KİV-nə istinadən xəbər verir ki, daşqınlara Perl çayında suyun səviyyəsinin yüksəlməsi səbəb olub.
Belə ki, çayda suyun səviyyəsi 11 metr qalxıb və 35 ildən çoxdur baş verməyən səviyyəyə çatıb.
Həmçinin leysan yağışları səbəbi ilə Cekson şəhərində bəzi ərazilər su altında qalıb.
“Vəziyyətin yaxın zamanlarda yaxşılaşacağını gözləmirik”, - ştat qubernatoru Teyt Rivz söyləyib.