Bakı. 27 fevral. REPORT.AZ/ Misirin paytaxtı Qahirə şəhərinin mərkəzində - Ramzes adına Dəmir Yolu Stansiyasında xeyli sayda insan tələfatına səbəb olan yanğınla bağlı ölkənin nəqliyyat naziri Hişam Ərəfat istefa verib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, Baş nazir Mustafa Mədbuli nazirin istefasını qəbul edib.
Xatırladaq ki, bu gün səhər saatlarında depodan gələn qatarın stansiyadakı örtülü platformaya dəyməsindən sonra yanacaq çəninin partlaması və baş verən güclü yanğın nəticəsində son məlumatlara görə, 28 nəfər ölüb, 50 nəfərdən artıq yaralı var.