Misirin güc strukturları Sinayda 15 silahlını zərərsizləşdiriblər

Digər ölkələr
  • 29 sentyabr, 2019
  • 12:25
Misirin güc strukturları Sinayda 15 silahlını zərərsizləşdiriblər

Misirin güc strukturları Şimali Sinay vilayətinin Əl-Ariş şəhərində 15 nəfərdən ibarət silahlını zərərsizləşdiriblər.

"Report"un məlumatına görə, bu barədə "Əl-Vətən" qəzeti Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb. 

Qeyd edilir ki, güc strukturlarına terrorçulardan ibarət qrupun Əl-Arişdəki Əl-Hus yaşayış kvartalında düşmənçilik aksiyası hazırlamaları barədə məlumat daxil olub. İnformasiyanın yoxlanılmasından sonra terrorçuların toplandığı yerə hücum təşkil edilib. Atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib.