Misirə gələnlər üçün qaydalar dəyişdirildi

Misirə gələnlər üçün qaydalar dəyişdirildi Misir hökuməti ölkəyə gələnlər üçün koronavirus testi ilə bağlı tələbləri sadələşdirib.
Digər ölkələr
17 Sentyabr , 2020 14:16
Misirə gələnlər üçün qaydalar dəyişdirildi

Misir hökuməti ölkəyə gələnlər üçün koronavirus testi ilə bağlı tələbləri sadələşdirib.

“Report” “Egyptair” dövlət hava yolu şirkətinin məlumatına istinadən xəbər verir ki, bundan belə ölkə ərazisinə daxil olan hər kəs, o cümlədən misirlilər (6 yaşadək uşaqlar istisna olmaq şərtilə) təyyarəyə minənə azı 72 saat əvvəl COVID-19 virusu ilə bağlı alınan PCR testinin mənfi nəticəsinə dair arayış təqdim etməlidir.

Şarm əş-Şeyx, Təba, Hürğada, Mərsə Əlam kimi istirahət mərkəzlərinin hava limanlarına gələnlər isə üstündə sözügedən sənəd yoxdursa, mehmanxanada təcrid olunaraq testdən keçir və 30 ABŞ dolları ödəyərək həmin sənədi əldə edə bilər. Test müsbət çıxarsa, həmin şəxs mehmanxana nömrəsində təcrid olunaraq Səhiyyə Nazirliyini məsələdən xəbərdar edir.

Eyni zamanda Yaponiya, Çin, Tailand, Şimali və Cənubi Amerika ölkələri, habelə London, Paris və Frankfurt hava limanlarından gələnlər üçün daha uzun yol qət etdikləri üçün bu müddət 96 saat olaraq təyin olunur.

Həmçinin Afrika ölkələrindən gələnlər sarı qızdırmadan peyvəndə dair arayış təqdim etməlidir.

Son xəbərlər

Orphus sistemi