Yuxarı

​Misirdə Suveyş kanalını minalayan 13 terrorçu həbs edilib

Onların sırasında kanal administrasiyasının əməkdaşı da olub

Bakı. 6 İyul. REPORT.AZ/ Misirdə, istintaqın fərziyyəsinə görə, Suveyş kanalının bağlanması məqsədi ilə terror aktı törətmək niyyətində olan "Müsəlman qardaşlar" təşkilatının üzvləri həbs olunub.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, terror qrupunun tərkibinə 13 nəfər, eləcə də, kanal administrasiyasının əməkdaşı daxil olub.

Şübhəli şəxslərin bir qismi həbs olunub, digərlərinin axtarışı davam edir. Terrorçular Suveyş kanalının təmizləyici qurğu və elektrik təchizatı sistemlərinə bomba qoymağa macal tapıblar, həmçinin sahil əraziyə bir neçə partlayıcı qurğu basdırıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi