Bakı. 7 iyul. REPORT.AZ/ Misirdə Sinay yarımadasının şimalında iyulun 7-də səhər saatlarında törədilən terror aktı nəticəsində 10 misirli hərbçi ölüb.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrindən bildirilib.
İnformasiyaya əsasən, Fələstinin Qəzza zolağına yaxın ərazidə yerləşən Rəfah şəhərinin Əl-Baras rayonunda silahlılar hərbçilərə hücum edib. Məlumatda bildirilib ki, hərbçilərlə silahlılar arasındakı atışma nəticəsində Misir Silahlı Qüvvələri xüsusi təyinatlılarının polkovniki də həlak olub.