Misirdə qatar avtomobillə toqquşub, ölənlər və yaralananlar var

Digər ölkələr
  • 20 dekabr, 2019
  • 01:32
Misirdə qatar avtomobillə toqquşub, ölənlər və yaralananlar var

Misirdə qatar avtomobillə toqquşub.

"Report"un məlumatına görə, bu barədə "Sada el Balad" portalı bildirib.

Qeyd edilir ki, qəza Qahirədən şimaldakı Dahaliya əyalətində baş verib. Dəmir yol keçidində avtomobillə qatarın toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub. Həlak olanlar arasında 7 yaşlı uşaq da var.

Məlumata görə, hadisə nəticəsində habelə azı 4 nəfər xəsarət alıb.

44 filmi