Yuxarı
    Bağlamaq

    Misirdə ölkənin baş prokurorunun qətlində ittiham olunan 31 nəfər edam edilə bilər

    Təqsirləndirilənlərin dosyesi baxılması üçün ali müftiyə verilib

    Bakı. 17 iyun. REPORT.AZ/ Qahirə Cinayət Məhkəməsi iki il əvvəl qətlə yetirilən ölkənin baş prokuroru Hişam Bərəkətin öldürülməsində ittiham olunanlardan 31 nəfərin ölüm cəzasına məhkum edilməsi ilə bağlı gedən işin sənədlərini ali müftiyə verib.

    "Report" TASS-a istinadən xəbər verir ki, Misirdə mövcud hüquqi praktikaya görə, yekun ölüm cəzası verilməmişdən əvvəl ölkənin ali müftisi mütləq bu prosedura razılıq verməlidir.

    Yekun hökmün açıqlanması 22 iyul tarixinə təyin edilib. Elə həmin gün digər müttəhimlərə də cəza kəsiləcək.

    Qeyd edək ki, iş üzrə ümumilikdə 67 nəfərin adı hallanıb.

    Onların hamısı respublikasının baş prokurorunu qətlə yetirmək üçün sui-qəsd hazırlanması və onun həyata keçirilməsində, qanunsuz odlu silah, döyüş sursatı və partlayıcı maddə saxlamaqda ittiham olunurlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi