Yuxarı
    Bağlamaq

    Misirdə neft-kimya zavodunda partlayış baş verib, 44 yaralı var

    Onlardan yeddisi ağır vəziyyətdədir

    Bakı. 10 iyul. REPORT.AZ/ Bazar ertəsi Misirin İsgəndəriyyə şəhəri yaxınlığında yerləşən böyük neft-kimya zavodunda baş verən partlayış və yanğın nəticəsində 40-dan çox insan xəsarət alıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə şəhərin Səhiyyə İdarəsi rəhbərinin müavini Maqdi Hiqazi məlumat verib.

    Onun sözlərinə görə, hadisə nəticəsində müəssisənin 44 işçisi xəsarət alıb, onların hamısı şəhərin bir neçə xəstəxanasına yerləşdirilib. Hiqazi əlavə edib ki, onlardan yeddisi ağır vəziyyətdədir.

    Əldə edilən məlumatlara görə, partlayış SIDPEC neft-kimya şirkətinə məxsus zavodun istehsal müəssisələrindən birində baş verib. Partlayışa şirkət məhsullarından birinin hazırlanmasında istifadə olunan qazın sızması nəticəsində qeydə alınıb.

    Hadisə yerinə onlarla "təcili yardım" və 5 yanğınsöndürən maşın gəlib. Yanğın söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi