Misirdə minanın partlaması nəticəsində 2 uşaq ölüb

Misirdə minanın partlaması nəticəsində 2 uşaq ölüb Bakı. 22 yanvar. REPORT.AZ/ Misirdə bazar ertəsi Ərəb-İsrail müharibələri dövrünə aid minasının partlaması nəticəsində iki uşaq ölüb, üçüncüsü yaralanıb.
Digər ölkələr
22 Yanvar , 2019 04:14
Misirdə minanın partlaması nəticəsində 2 uşaq ölüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Misirdə bazar ertəsi Ərəb-İsrail müharibələri dövrünə aid minasının partlaması nəticəsində iki uşaq ölüb, üçüncüsü yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Al-Balad" nəşri yazıb.

Güc strukturlarının məlumatına görə, 3 qardaş ölkənin şimalında yerlşən İsmailiyyə şəhərinin ətrafında yerləşən kənd yaxınlığında partlamamış mina aşkar ediblər. Uşaqların yad cismi araşdırmaq cəhdi partlayışla nəticələnib.

Hadisədən sonra ərazi mülki müdafiə qüvvələri tərəfindən dövrəyə alınıb, ora istehkamçılar cəlb olunub.

1967 1973-cü illərdə ərəb-İsrail müharibələri dövründə Misirin şimalında, xüsusilə Suveyş və İsmailiyyə rayonları ərazisində qızğın döyüşlər gedib. Hələ də orada dövrü olaraq minalar akaş edilir.

Son xəbərlər

Orphus sistemi