Misirdə mikroavtobusla yük maşını toqquşub, onlarla insan həlak olub

Misirdə mikroavtobusla yük maşını toqquşub, onlarla insan həlak olub Misirdə 18 nəfər mikroavtobusla yük maşınının toqquşmasının qurbanı olub
Digər ölkələr
6 Mart , 2021 00:52
Misirdə mikroavtobusla yük maşını toqquşub, onlarla insan həlak olub

Misirdə 18 nəfər mikroavtobusla yük maşınının toqquşmasının qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə “Al-Balad” nəşri bildirib.

Qəza Qiza və Beni-Sueyf əyalətləri arasında yolda, tunelin ətrafında olub. Toqquşmadan sonra hər iki nəqliyyat vasitəsi yoldan çıxıb, bu halda yük maşını çevrilib.

Hadisə nəticəsində daha beş nəfər müxtəlif xəsarətlər alıb, yaralılar xəstəxanaya yerləşdirilib.

Yol-nəqliyyat hadisəsinin başvermə səbəbi müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi