Misirdə keşiş kilsə mühafizəçisi tərəfindən öldürülüb

Digər ölkələr
  • 13 may, 2019
  • 12:57
Misirdə keşiş kilsə mühafizəçisi tərəfindən öldürülüb

Misirin paytaxtı Qahirə şəhərindəki St. Mark Kopt kilsəsinin keşişi kilsənin mülki mühafizəçisi tərəfindən güllələnib.

“Report” AP-yə istinadən xəbər verir ki, polisdən verilən məlumata görə, qızının toyu üçün keşişdən pul yardımı istəyən və rədd cavabı alan mühafizəçi ilə keşiş arasında mübahisə başlayıb.

Nəticədə silaha əl atan mühafizəçi keşişə atəş açaraq onu öldürüb. Hadisədən sonra mühafizəçi həbs olunub.