Misirdə iki avtomobilə silahlı hücum nəticəsində 4 nəfər ölüb

Digər ölkələr
  • 22 iyun, 2019
  • 19:55
Misirdə iki avtomobilə silahlı hücum nəticəsində 4 nəfər ölüb

Misirin Şimali Sinay əyalətinin Əl-Ariş beynəlxalq hava limanı yaxınlığında iki maşına edilən terror hücumu nəticəsində 4 nəfər ölüb, daha 6-sı yaralanıb.

"Report" "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, ölən və yaralananların hamısı yerli sakinlər olub.

Onlar beynəlxalq hava limanı yaxınlığındakı dövlət müəssisəsi binasının tikintisi ilə məşğul olan şirkətin işçiləridirlər.

Hadisə yerinə ordu bölmələri və polis əməkdaşları cəlb olunub, lakin hücum edən şəxslər oradan uzaqlaşıblar.