Misirdə etiraz aksiyalarının gedişatında 1000 nəfər saxlanılıb

Misirdə etiraz aksiyalarının gedişatında 1000 nəfər saxlanılıb Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.
Digər ölkələr
27 Sentyabr , 2019 01:54
Misirdə etiraz aksiyalarının gedişatında 1000 nəfər saxlanılıb

Misirin Baş Prokurorluğu ölkənin müxtəlif şəhərlərində keçirilmiş etiraz aksiyalarında saxlananların sayı haqqında məlumatları açıqlayıb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Bildirilir ki, ölkənin 5 əyalətindəki aksiyalarla bağlı 1000 nəfər saxlanılıb və sorğu-sual edilib. Onlar mitinqlərdə iştirakda ittiham ediliblər. 

Rəsmi məlumatda bildirilir ki, saxlanılanlar arasında bir neçə xarici vətəndaş, o cümlədən hollandiyalı da var. O, mehmanxananın damında dronun köməyi ilə "Təhrir" meydanında və yaxınlıqdakı küçələrdə fotoçəkiliş aparıb. Saxlanılanlar arasında eləcə də Fələstinin "İslam cihadı" qruplaşmasının üzvü də var.

Bundan başqa, daha əvvəl həmçinin Türkiyə vətəndaşının da həbsi bildirilib. O, "Təhrir" güc strukturları bölmələrinin əməkdaşlarının fotoçəkilişini aparıb.

Son xəbərlər

Orphus sistemi