Misirdə dövlət qurumları gələn ay yeni paytaxta köçürüləcək

Misirdə dövlət qurumları gələn ay yeni paytaxta köçürüləcək Misir prezidenti Əbdülfəttah əs-Sisi dekabr ayında hökumətə yeni inzibati paytaxta köçməyi tapşırıb.
Digər ölkələr
4 Noyabr , 2021 03:52
Misirdə dövlət qurumları gələn ay yeni paytaxta köçürüləcək

Misir Prezidenti Əbdülfəttah əs-Sisi dekabr ayında hökumətə yeni inzibati paytaxta köçməyi tapşırıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə başçısının saytında yerləşdirilən məlumatda deyilir.

Qərar Əl-Sisi ilə Misirin baş naziri arasında keçirilən görüşdə qəbul edilib.

Qahirə yaxınlığında tikilməkdə olan inzibati paytaxtın hökumət qərargahı və digər dövlət binaları hazırdır. Köçürülmə altı ay ərzində həyata keçiriləcək.

Yeni inzibati paytaxt Qahirədən 45 km aralıda yerləşir və artıq 20 milyondan çox insanın yaşadığı Qahirənin yükünü yüngülləşdirmək üçün salınıb.

Bura 6,5 milyon nəfər üçün nəzərdə tutulub və bütün nazirliklər, parlament, dövlət qurumları yerləşdiriləcək.

“Yeni Qahirə” beynəlxalq uçuşları qəbul etmək üçün nəzərdə tutulmuş öz hava limanına da sahib olacaq.

Son xəbərlər

Orphus sistemi