​Misirdə binanın uçması nəticəsində 7 nəfər ölüb

​Misirdə binanın uçması nəticəsində 7 nəfər ölüb Hazırda xilasedicilər ölənlərin cəsədlərini çıxartmağa çalışırlar
Digər ölkələr
2 Avqust , 2016 23:56
​Misirdə binanın uçması nəticəsində 7 nəfər ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Misirin Soxaq əyalətində üçmərtəbəli yaşayış binasının uçması nəticəsində 7 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə "Əhram Onlayn" portalı yazıb.

Hazırda xilasedicilər ölənlərin cəsədlərini dağıntılar altından çıxartmağa çalışırlar.

Portalın məlumatına görə, dağıntıya səbəb olan amillərdən biri uçulan binaya bitişik evin tikintisi zamanı görülən torpaq işləridir.

Son xəbərlər

Orphus sistemi